Koronavirus xəstəsi karantin postunda saxlanıldı

Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən "Kia” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.
DİN-in Mətbuat Xidmətinin verilən məlumata görə, sürücü - Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib.
F.Əliyev barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























