• $
  • €
  • ₽
  • ₺
  • £

Direktorun evindəki qonaqlıqda 15 minin itməsi xəbərinə - DİN-dən reaksiya

Direktorun evindəki qonaqlıqda 15 minin itməsi xəbərinə - DİN-dən reaksiya
24.12.2020 13:37
Daxili İşlər Nazirliyi Qusar rayonunda məktəb direktorunun evində 45 nəfərlik məclis təşkil etməsi və həmin məclisdə 15 min manat pulun oğurlanması haqda yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təqdim edilən məlumatda hadisə təhrif edilib: "Qusar rayon Mucuq kənd məktəbinin direktoru Zaur Məlikov və həyat yoldaşı koronavirusa yoluxub. Evlərinə təcili tibii yardım çağırıblar və həkimlər onları xəstəxanaya yerləşdirmək üçün apararkən Zaur Məlikov evində saxladığı pulun bir qismini özü ilə götürüb. Qalan pulu isə ənənəvi yerə deyil, başqa bir yerə qoyub.

Daha sonra xəstəxanadan oğluna zəng edərək evdəki puldan bir qədər götürməsini istəyib. Lakin pulun yerini dəyişdirdiyini ona deməyib. Zaur Məlikovun oğlu pulun həmişə olduğu yerə baxdıqda onu tapmayıb və bu barədə nənəsinə məlumat verib. Oktyabrın 22-də nənəsi polisə müraciət edərək evlərindən 6 min dollar və 30 min rus rublu oğurlandığını bildirib.

Daxil olan müraciət üzrə araşdırma başlayıb və bu müddətdə Zaur Məlikov ilə arvadı sağalaraq evə buraxılıb. Onlar evə gəldikdən sonra oğurluq haqda müraciət edildiyini öyrəniblər. Zaur Məlikov pulu yerini dəyişdiyi, yəni ən sonda qoyduğu yerdən götürüb. Bundan sonra polisə ərizə ilə müraciət edərək oğurluq faktı olmadığını, anlaşılmazlıq olduğunu və hazırda heç bir şikayətinin olmadığını bildirib”.

E.Zahidov əlavə edib ki, hadisə ilə bağlı bundan başqa qeyd edilənlər yalandır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Z.Məlikov oğlu Kənanın universiteti bitirməsi münasibətiylə müəllim və direktorların iştirakı ilə 45 nəfərlik məclis təşkil edib, həmin məclisdən sonra evdən 15 min manat itib. Z.Məlikov polisə müraciət edərək qonaqlardan şikayətçi olub. İddialarda deyilir ki, araşdırma zamanı pulu elə Z.Məlikovun oğlu Kənanın oğurladığı məlum olub və Kənan həmin pulun 5 min manatını qonşu kənddə sevdiyi qızın imtahan kəsrlərini bağlaması üçün xərcləyib.

DİN isə bu iddiaların əsassız olduğunu qeyd edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol