• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi sürücülərə və piyadalara müraciət etdi

Yol polisi sürücülərə və piyadalara müraciət etdi
24.12.2020 21:24
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən Anews.az-a daxil olan müraciətdə bildirilib ki, yollarda qəzaların və digər xoşagəlməz halların baş verməməsi üçün sürücülərin diqqətinə istifadə etdikləri nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirmələrinin vacibliyi çatdırılıb. Bəzi ərazilərdə qar yağması, yolların buz bağlama ehtimalının olması nəzərə alınaraq, belə hava şəraitində sürücülərə qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, "ABS” əyləc sistemləri ilə təchiz edilməyən köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri tövsiyə olunub.

Bildirilib ki, eyni zamanda, nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkət sürətini hava şəraitinə uyğun seçməli, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevrlər və kəskin tormazlama etməkdən çəkinməli, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalıdırlar.

Piyadalar isə ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmasınlar və yolları yalnız müəyyənləşdirilmiş yerlərdən keçsinlər.
Yol polisi bütün hərəkət iştirakçılarını özlərinin və digər şəxslərin həyat və sağlamlığına təhlükə yaranmaması üçün son dərəcə diqqətli olmağa, qaydalara riayət etməyə çağırır

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol