• $
  • €
  • ₽
  • ₺
  • £

Cəbrayılı azad edib şəhid olan polkovniklər... - Fotolar

Cəbrayılı azad edib şəhid olan polkovniklər... - Fotolar
25.12.2020 09:32
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb. 


"Qafqazinfo"nun məlumatına görə, ölümündən sonra 1 polkovnik, 5 polkovnik-leytenant bu medala layiq görülüb. Onlar barəsində məlumatları təqdim edirik:


Şəhid polkovnik Şükür Həmidov


Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Şükür Həmidova eyni zamanda müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Vətən müharibəsində iştirakına görə, "Vətən uğrunda” medalı və "Zəfər" ordeni ilə də təltif olunub.


Şükür Həmidov doğma yurdu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəman II Fəxri Xiyabanda dəfn olunub. 


Ailəli idi, iki övladı yadigar qalıb.

Şəhid Polkovnik-leytenant Rəşad Sadıqov


Rəşad Sadıqov 1976-cı ildə Laçında anadan olub. Hərbi xidmətə leytenant kimi Naxçıvan Muxtar Respublikasında başlayıb. O, Vətən müharibəsi zamanı Gəncədə N saylı hərbi hissə komandarinin təlim-tərbiyə işləri üzrə müavini olub. Rəşad Sadıqov Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Şəmkirin Çaparlı kəndində torpağa tapşırılıb. Evli idi, Nihat və Nuray adlı iki övladı vətənə yadigar qalıb. Şəhidimiz bundan öncə, dekabrın 15-də ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdi.
 
Şəhid Polkovnik-leytenant Babək Ramaldanov


1982-ci il təvəllüdlü Babək Ramaldanov əslən Qusardandır. O, Cəmşid Naxçıvanski adına hərbi liseyi, sonra isə Ali Hərbi Məktəbi bitirib. 11 il Naxçıvanda hərbi qulluq etmiş zabit, 2017-2019-cu illərdə Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələri Ümumqoşun Akademiyasında təhsilini davam etdirib, oranı qızıl medalla bitirərək, magistr diplomu almışdı.


Babək Ramaldanov oktyabrın 16-da torpaqlarımız azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İki övladı yadigar qalan şəhidimiz II Fəxri Xiyabanda torpağa tapşırılıb. Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordenləri ilə də təltif edilmişdi.

Şəhid Polkovnik-leytenant Nail Orucov


Nail Orucov 1978-ci ildə Astarada anadan olub. 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi və 2020-ci ildə ehtiyata buraxılmışdı. O, sentyabrın 29-da Ordu sıralarna çağırılıb. O, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak edib. Nail Orucov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Ailəli idi, vətənə 3 övladı yadigar qaldı.


Nail Orucov ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə də təltif edilib.
 
Şəhid Polkovnik-leytenant Vidadi Xəlilov


Vidadi Xəlilov 1982-ci ildə Göyçayda anadan olub. Aprel döyüşlərinin də iştirakçısı olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. O, Murov zirvəsi, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib.Vidadi Xəlilov oktyabrın 31-də Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, iki övladı vətənə yadigar qaldı.


Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə də təltif edilib.
 
Şəhid polkovnik-leytenant Ramiz Cəfərov  


Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynada anadan olub. Sumqayıt şəhərinin 11 nömrəli tam orta məktəbində təhsil alıb. Alman, ingilis və rus dillərini bilirdi. Ailəli və 5 övlad atası idi.


Ramiz Cəfərov 1989-1992-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1992-1996-cı illərdə isə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb. Bir müddət Qarabağ müharibəsində savaşan Ramiz Cəfərov, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də savaşıb.Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Cəfərov Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Şəhidimiz ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adına da layiq görülüb.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol