İşıqlar söndü, koronavirus xəstələri öldü!- ŞİKAYƏT

Noyabrın 21- i Balakən Mərkəzi xəstəxanasında 35 yaşlı polis məmuru Zaur Dibirov, koronavirusdan həyatını itirib.
www.anews.az
Anews.az-a bu barədə məlumat verən mərhumun atası Şamil Dibirovun sözlərinə görə, oğlu həmin gün xəstəxanada işıqların sönməsi səbəbindən ölüb.
Şamil Dibirov deyir ki, Zaur Dibirov Şəmkirdə 3 gün evdə müalicə aldıqdan sonra noyabrın 18-i Balakən Mərkəzi Xəstəxanasına yerləşdirilib. Noyabrın 21-i gecə 21:00 radələrində qəfil işıqlar keçib. Həmin vaxtdan 4-5 saat əvvəl evdəkilərlə görüntülü danışan Zaurun halı pisləşib. O, xəstəxanada mama ginekoloq kimi işləyən bacısı Afaq Dibirovaya zəng edərək halının pis olduğunu, işıqların sönməsi səbəbindən stress və qorxu keçirdiyini deyib.
Afaq Dibirova bu barədə zəng edərək atasına xəbər verib. Şamil Dibirovun söylədiklərinə əsasən, o, əvvəl xəstəxanaya gedib, işıqların sönməsinin canlı şahidi olub, daha sonra xəstəxananın baş həkimi Dilbər Məhəməliyevanın evinə gedib. Baş həkimin ərinin qapıya çıxdığını deyən ata, ev sahibinə xəstəxanadakı vəziyyəti danışıb və kömək istəyib. Baş həkim və əri isə buna məhəl qoymayıb. Həmin gecə Zaur Dibirov qıc olmadan ölüb.
Vəziyyətlə bağlı mərhumun atası noyabrın 30-u Balakən rayon prokurorluğuna şikayət edib. Şikayətdən 10 gün sonra ondan izahat alınsa da, hələlik cavab gəlməyib.
Şamil Dibirov qeyd edib ki, xəstəxanada istilik sisteminin gücü çatmadığı üçün gecələr soyuq olur. Xəstələrin yaxınları xəstəxanaya elektriklə işləyən istilik cihazları göndərirlər. Cihazlar isə qısa qapanma verir, avtomat atır, nəticədə işıqlar sönür.
Şikayətçinin verdiyi məlumata görə, işıqların sönməsi ilə əlaqədar oktyabr və dekabrda biri vəkil ollmaqla iki nəfərin vəziyyəti ağırlaşıb. Bu barədə həmin xəstəxanada işləyən tibb bacısı onlara məlumat verib.
Samirə Elmarqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























