Tutulan icra başçısının həbs müddəti artırıldı

Binəqədi Rayon Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyəti sabiq başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin müddətinni uzadılması ilə bağlı təqdimata baxılıb.
Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesəd qərar elan edilib.
Qərara əsasən, C.Cəfərovun həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin icra başçısı C.Cəfərov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyev avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























