• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı universitetlərində "şortik" qadağası

Bakı universitetlərində "şortik" qadağası
12.06.2014 16:12

ADİU və BDU-da tələbələrə bəzi geyimlər qadağan edilibAzərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub. Bu barədə Qaynar.info-ya tələbələr məlumat verib. Onların sözlərinə görə, universitetdə oğlanlara "səndəl", "şәpit" vә ya "şortik" geyinmәyә icazә verilmir. Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb. Bunu da “qanun”la əlaqələndirirlər, lakin hansı qanuna istinad edildiyi məlum deyil.Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub. Belə ki, adının çəkilməsini istəməyən bir tələbə "səndəl"də olduğuna görə dekan tərəfindən çıxarıldığını, başqa bir tələbənin isə dizdən olan “şortik” geyindiyinə görə imtahana buraxılmadığını bildirib.Şortiklə gələn türk tələbə imişAzxeber.com məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Vüsalə Məmmədova təhsil ocağında hazırda belə bir qaydanın tətbiq olunmadığını deyib: “Universitetdə müəllim-tələbələrin etik davranışları ilə bağlı qaydalar hazırlanır. Ancaq bu proses hələ başa çatmayıb. Sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, universitetdə geyimlə bağlı tələbələr üzərinə ümumi qaydalar qoyulmayıb. Universitetdən həmçinin o da bildirilib ki, türkiyəli tələbələrdən biri imtahana "şortik"lə gəlib:"Dünən türkiyəli tələbələrdən biri "şortik"lə universitetə daxil olmaq istəyərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ona bu geyimdə universitetə gəlməməsi ilə bağlı xəbərdarlıq edilib. Bundan başqa ona hansısa bir cəza tətbiq edilməyib”.ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol