Polis ictimai yerlərdə 15 nəfər koronavirus xəstəsi saxlayıb

COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur.
Daxili İşlər Nazirliyində verilən məlumata görə, xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduqları halda, dekabrın 25-də respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 13 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























