Unibank şəhidin ailəsinə ev hədiyyə edir

Unibank
torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz
Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək. Müharibənin ilk
günlərindən könüllü şəkildə Vətənimizin müdafiəsinə yollanan Tural Məmmədov,
Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Özü yaralı
olduğu halda, neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanından kənarlaşdıraraq
xilas edib. 21 yaşlı şəhidimiz Böyük Zəfər
tariximizi öz qəhrəmanlıq dastanları ilə yazan igidlərimizdən biridir.
Turalın
anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə
yaşadığından, Unibank rəhbərliyinin qərarı ilə onların ev problemi yaxın günlərdə
həllini tapacaq. Unibank şəhidimizin ailəsinin Bakı şəhərində evlə təminatını həyata
keçirəcək. Artıq evin alınması istiqamətində işlərə başlanılıb. Şəhidimizin ailə
üzvlərinə bu haqda məlumat verilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq,
Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin
həllində dəstək olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























