• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada azərbaycanlıların yaşadığı yataqxanada 32 nəfər koronavirusa yoluxub

Almaniyada azərbaycanlıların yaşadığı yataqxanada 32 nəfər koronavirusa yoluxub
27.12.2020 21:30
Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların da yaşadığı qaçqın yataqxanasında 32 nəfərdə COVID-19 aşkarlanıb.


"Report”un Avropa bürosunun Hamburq şəhər Polis Təşkilatından əldə etdiyi məlumata görə, eyniadlı qəsəbədə yerləşən qaçqın yataqxanasında onlarla insanın koronavirusla bağlı verdiyi testin nəticələri pozitiv çıxıb. Polis, qəsəbə səhiyyə təşkilatı və yanğınsöndürən briqadaları əraziyə gələrək, 25 nəfəri yaxınlıqdakı Rahlştend qəsəbəsindəki idman zalına köçürüblər.


Yataqxana rəhbərliyindən bildirilib ki, ümumilikdə 189 nəfər koronavirus testi verib.


"Pandemiyanın ilk günündən yatqxanada sərt karantin rejimi tətbiq olunur. Ancaq görünür bu yetərli olmayıb. Virusu yataqxanada məktəblilərin yaymasından şübhələnirik”, - deyə yataqxana rəhbərliyinin açıqlamasında qeyd edilir.


Məlumat üçün bildirək ki, Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında Afrika ölkələri, İran, İraq, Suriya, Əfqanıstan, Pakistan, Azərbaycan, Gürcüstan və Rusiyadan gələn sığınacaq axtaranlar yaşayırlar. Ötən ayın məlumatına görə, yataqxanada 7 Azərbaycan vətəndaşı yaşayıb. Onlardan 3-ü dekabrın əvvəlində Azərbaycana deportasiya edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol