Vətən müharibəsi qazisi Elçin Ələkbərova yardım olunacaq - FOTO

Bakı şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə, baş idarənin Rayon Gənclər və İdman idarələri ilə iş və kadrlar sektorunun müdiri Gündüz Vəliyev, Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Kazımova, Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə, Boccia İF assistenti Nərgiz Kərimova dekabr ayının 27-də Qazi İlkin Ələkbərovu ziyarət etmişdilər.
İlkin Ələkbərov oktyabrın 4-də Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Snayperdən açılan mərmi nəticəsində başının sol hissəsi yaralanmış İlkinin bədənində çoxsaylı qəlpələr var.
Qeyd edək ki, İlkin Ələkbərov 22 yaşındadır. O, Rabitə və Nəqliyyat kollecini bitirib. O, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.
2020-ci il 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Mirhəsən Seyidov icra başçısı təyin edildikdən sonra yenidən müraciət olunub və biz inanırıq ki, müraciətimizə baxılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























