DYP-dən ezamiyyə ilə istirahət zonalarına getmək istəyənlərə - Xəbərdarlıq

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bəzi şəhər və rayonlarda tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayram qabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur.
Qeyd olunanları və azyaşlı övladları ilə digər regionlara getməyə cəhd göstərən şəxslərin karantin postlarından qaytarılmalarının uşaqlara mənfi təsir göstərə biləcəyini də nəzərə alaraq, infeksiyanın geniş yayılmaması üçün belə səfərlərə çıxmaq fikrindən daşınmaları tövsiyə olunur
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























