• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi pis sürücüləri necə tanıyır?

Yol polisi pis sürücüləri necə tanıyır?
12.06.2014 12:20
Günah işlədən insanlar ədalətdən yayınmaq istəsə də, gizlədə bilmədiyi əlamətlər onu ifşa edir. Dövlət yol polisi “günah” işlədən sürücüləri o izlərdən oxuya bilir. 
ANN.Az xəbər verir ki, sürücülərdən biri Milli.Az-a yazıb ki, bir neçə gün əvvəl heç bir qayda pozuntusu işlətmədiyi halda yol polisi tərəfindən saxlanıb. Yol polisi onu hansı səbəbdən saxlandığını izah edə bilməyib, sonda ağızından qaçırıb ki, saqqız çeynəməyi onda içkili olmağı şübhəsini yaradıb.
Maraqlıdır, görəsən, yol polisləri xətalı sürücüləri başqa hansı əlamətlərindən hiss edir?
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az-a açıqlamasında bildirdi ki, hər bir yol polisinin istənilən sürücünü saxlamaq imkanı var. Onun saqqız çeynəyən vaxt saxlamasının məsələyə aidiyyəti yoxdur, sürücü bunu belə formada izah etməyə çalışır. Qanunvericilikdə göstərilən hallar istisna edilməklə, yol polisi nəqliyyat vasitəsini və onu idarə edən sürücünü saxlayıb sənədlərini yoxlaya və qanunun tələbinə uyğun olaraq tədbirlər görə bilər.
Bölmə rəisinin sözlərinə görə, təcrübəli yol polisi əməkdaşları sürücünün maşını idarə etməsindən onun hansı xətaya yol verməsini bilir: “Məsələn, spirtli içki qəbul edən sürücünü, sənədsiz olmasını, sükan arxasında qorxa-qorxa sürməsini, polis görərkən qaçmağa səy göstərməsini bilən polislər var. Belə polislər dövlət nömrə nişanlarını yadda saxlayır, nömrələrdən asılı olmayaraq sürücünün manevr etməsindən onun xüsusiyyətinə bələd olur. Sürücü qışda spirtli içki qəbul edərək maşın sürürsə, bayır soyuq olduğundan içəri spirtin təsirindən tərləyir. Bu, sürücünün və ya maşındakı sərnişinin sərxoş olmasını göstərir”.
V.Əsədovun fikrincə, avtomobilin idarə edilməsindən sürücünün kimliyi polisə məlum olur: “Sürücünün avtomobili idarə etməsindən onun xarakterini müəyyən edirəm. Bəzən hisslərimiz bizi aldadır. Sərxoş olan sürücü avtomobili elə idarə edir ki, ayıq adam heç bunu bacarmır. Sürücüyə uzaqdan baxırıq, sürücü, sanki, bizi görmür və düz qabağa baxır. Guya polisi görmür. Sürücüyə baxanda qaçmağa bəhanə axtarır. Saxlanacağını hiss etdiyi üçün üzünü sol tərəfə çevirir ki, yol polisi tərəfindən saxlanılmasını görmədiyini bəhanə etsin”.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol