• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu

Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
30.12.2020 12:51
Ermənistanda hərbi hissələrdən birinin komandir müavini, polkovnik-leytenant A.V. həbs olunub.
 
O, Dağlıq Qarabağda döyüş əməliyyatları zamanı 18 hərbi qulluqçunun ölümünə, bir nəfərin isə yaralanmasına səbəb olan əmr verməkdə şübhəli bilinir.
Bu barədə Ermənistan Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Ölən hərbçinin atası X.O. Baş prokuror Artur Davtyana bir məktub ünvanlayaraq, oğlunun Qarabağa göndərilməsini öyrəndikdən sonra şəxsi heyəti dəstəkləmək üçün avtomobili ilə oraya getdiyini yazıb.
 
Onun sözlərinə görə, oktyabrın 9-da Xanlıq kəndi (Qubadlı rayonu – red.) ərazisində Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-nın səsinin eşidilməsinə baxmayaraq, hərbi hissə komandirinin müavininin maşından düşən hərbçilərə onun içərisinə minib hərəkətə davam etməsini əmr etdiyinin şahidi olub.
 
Dəqiqələr sonra avtomobil pilotsuz təyyarənin atəşinə tutulub və içindəki əsgərlər öldürülüb.
Prokuror İstintaq Komitəsinə bir məktub göndərib. İlkin istintaq zamanı hadisənin, həqiqətən, belə baş verdiyi məlum olub.
Bununla yanaşı, Ermənistanın Hava Hücumundan müdafiə qüvvələrində bir sıra ciddi problemlərin mövcudluğu qeyd edilib.
 
Əldə olunan dəlillərə əsasən, polkovnik-leytenant A.V. hərbi vəziyyət zamanı səlahiyyətdən ağır nəticələrə səbəb olan sui-istifadə ittihamı irəli sürülüb. Elə həmin gün o həbs olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol