• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
30.12.2020 17:01
Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Bauer ilə görüşüb.
 
XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə nazir Ceyhun Bayramovun BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Martin Şüepp ilə bu ilin 7 dekabr tarixli görüşünün davamı olaraq, Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərində Komitənin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Tərəflər, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə yaranmış yeni vəziyyət, bütün kommunikasiyaların açılması, hər iki icmanın sülh və təhlükəsizlik şəraitində birgə yaşayışının təmin olunması və bəyanatdan irəli gələn digər məsələləri müzakirə ediblər.
 
BQXK tərəfindən ehtiyacı olan insanlara müvafiq yardımların göstərilməsi istiqamətində görülən işlər məmnunluqla qeyd olunub, Azərbaycanın BQXK-nın fəaliyyətini dəstəklədiyi vurğulanıb.
 
Görüşdə, habelə Azərbaycan ilə BQXK arasında əməkdaşlıq məsələləri, BQXK-nın ölkəmizdəki fəaliyyətinin səmərəliliyinin daha da artırılması yolları müzakirə edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol