• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tələbələrdən nümunəvi jest

Azərbaycanlı tələbələrdən nümunəvi jest
12.06.2014 10:03
İstifadə etmədikləri geyimləri ehtiyacı olan gənclərə bağışladılarADA Universitetinin “Təmiz Şəhər” ASC ilə birgə həyata keçirdiyi “İkinci həyat” aksiyası çərçivəsində universitetin tələbələri istifadə etmədikləri geyimlərini ehtiyacı olan gənclərə bağışlayıblar. ANN.Az-ın verdiyi xəbərə görə, ötən ay başlayan layihəyə əsasən, tələbələr özlərinə lazım olmayan əşya və geyimlərini “Təmiz Şəhər” ASC-nin universitetin binasında təşkil etdiyi geyim qəbul nöqtələrinə təhvil verirlər. Bununla da aksiya təşkilatçıları həmin əşya və geyimlərin tullantıya çevrilməsinin qarşısını alaraq, onların təkrar istifadəsinə şərait yaradırlar. Aksiya dövründə toplanmış geyimlər “Gələcəyə Körpü” təşkilatı vasitəsilə kimsəsizlər evlərində yaşayan  yeniyetmə və gənclərə bağışlanıb.“İkinci həyat” layihəsinin məqsədi həm ehtiyacı olanlara dəstək olmaq, həm tələbələrə sosial məsuliyyət duyğusunu aşılamaq, həm də tullantıların azaldılmasını  təbliğ etməkdir. Tullantıların müasir idarə edilməsi və çeşidlənmiş şəkildə toplanması ilə bağlı “Təmiz Şəhər” ASC və ADA Universiteti ötən ildən etibarən əməkdaşlığa başlayıblar. Tələbə və müəllim heyəti, o cümlədən universitetin qonaqları tullantıları universitetin ərazisində və tədris binalarında quraşdırılmış 3 növ tullantı üzrə çeşidləyərək ayrı-ayrı qablara atırlar. Plastik, şüşə və kağız-karton tullantıları təkrar istifadə üçün emal olunur, qarışıq tullantılar isə yandırılaraq tullantılardan enerji hasil edilir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol