• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto

Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
31.12.2020 10:11
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, onların problem və  qayğıları ilə maraqlanır. Şəhid ailələri ilə görüşlər zamanı səsləndirilən müraciətlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq addımlar atılır.
 
Anews.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Məmmədov Anar Qəhrəman oğlunun ailəsini ziyarət edən zaman, onun qardaşı Qafar Məmmədov ixtisasına uyğun olaraq "AzerGold” QSC-də işləmək istədiyini bildirərək, köməklik göstərilməsini xahiş edib. Qafar Məmmədovun xahişi əsasında Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən "AzerGold” QSC-yə məktub ünvanlanıb. "AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov
 
Niyazi Bayramovun şəhid qardaşının işlə təmin edilməsi ilə bağlı müraciətini müsbət qarşılayıb və Qafar Məmmədov işlə təmin edilib.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid Məmmədov Anar Qəhrəman oğlunun ailəsini növbəti dəfə ziyarət edən zaman bu müjdəli xəbəri də onların diqqətinə çatdırıb. Niyazi Bayramov həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
 
Şəhid Anar Məmmədovun ailəsi göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edib, müraciətlərinin qısa zamanda həll edildiyi üçün təşəkkürlərini bildiriblər.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol