• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus qəzası: yaralılar var

Bakıda avtobus qəzası: yaralılar var
12.06.2014 09:36
Bakıda sərnişin avtobusu və daha 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Böyükşor şösesidə qeydə alınan hadisə zamanı ilk öncə “Hyundai” və “Mercedes” maraklı iki minik avtomobili toqquşub. Maşınların yolun hərəkət hissəsinin mərkəzində dayanması sonradan 5 maşının iştirakçısı olduğu digər qəzaya səbəb olub. Belə ki, 148 saylı xətt ürə hərəkət edən “IVECO” markalı sərnişin avtobusu ilk öncə “Opel” maraklı minik maşının vurub. “Opel” öz növbəsində “VAZ 2107”-yə və “Audi” maraklı digər maşınlara çırpılıb.Zərncirvari qəzanın iştirakçısı olan “Auidi” öz növbəsində qarşıda hərəkət edən “Hyundai” maraklı başqa bir maşına dəyib. Avtobus isə “Mercedes” maraklı digər nəqliyyat vasitəsi ilə toqquşandan sonra dayanıb. Hadisə zamanı avtobus metronun Koroğlu stansiyasından üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olub. Şahidlərin sözlərinə görə, avtobusda olan sərnişinlər arasında xəsarət alanlar da olub. Hadisə vaxtı yaralanan sərnişinlər təcili tibbi yardımla 3 saylı şəhər xəstəxanasına aprılıb. Xəstəxanadan verilən məlumata görə, yol nəqliyyat hadisəsi ilə bağlı xəstəxanaya 6 nəfər gətirilib. Onlardan 4-nə ilkin tibbi yardım göstərilsə də, 2 nəfər travmatologiya şöbəsinə yerləşdirilib.Qəza Sabunçu dairəsi istiqamətində avtomobillərin hərəkətində sıxlığın yaranmasına da səbəb oldu. Hadisə iştirakçısi olan avtomaşınların ərazidən uzaqlaşdırılmasından sonra normal hərəkət bərpa olundu.Hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün avtobusun eləcə də avtomaşın sahibləri ifadələrinin alınması üçün polis orqanına aprıldı. Qəza ilə bağlı sabunçu rayon polis idarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin ediləcək.//Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol