• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi Hulusi Akarın Azərbaycana səfəri ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Hulusi Akarın Azərbaycana səfəri ilə bağlı məlumat yaydı
31.12.2020 12:13
Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində "Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib.
 
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli
Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
 
Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.
 
Türkiyəli nazir də öz növbəsində Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.
 
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə əlaqə saxlayaraq iştirakçıları salamlayıb, Vətən müharibəsində qazanılan zəfərlə bağlı Azərbaycan dövlətini, xalqını və əsgərini bir daha təbrik edib.
Sonda qonaqlar Azərbaycan və Türkiyə qardaşlığını əks etdirən foto sərgi ilə tanış olublar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol