• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət başçısı: "Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq"

Dövlət başçısı: "Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq"
31.12.2020 15:02
"Biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır”.
 
"Anews.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
 
"Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək. Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir. Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan
 Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcək”-deyə Prezident İlham Əliyev vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol