• $
  • €
  • ₽
  • ₺
  • £

Giorgi Qaxariya: “Şahdəniz”dən Avropaya qaz tədarükünə başlanılması enerji təhlükəsizliyi sahəsində irəliyə atılmış böyük addımdır”

Giorgi Qaxariya: “Şahdəniz”dən Avropaya qaz tədarükünə başlanılması enerji təhlükəsizliyi sahəsində irəliyə atılmış böyük addımdır”
31.12.2020 23:30
"Şahdəniz” yatağından Avropa Birliyinə təbii qazın tədarükünə başlanılması enerji təhlükəsizliyi sahəsində irəliyə atılmış böyük addımdır”.
 
"Anews.az” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya bildirib.
 
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin əsas məqsədi həmçinin ümumi Avropa bazarında rəqabətin gücləndirilməsidir: "Bu dəhliz Azərbaycanın "Şahdəniz” yatağından Gürcüstan vasitəsilə Türkiyə və Avropa Birliyinə, Yunanıstan və Albaniyaya qaz çatdıracaq”.
 
Baş nazir qeyd edib ki, əlavə qaz müqaviləsi 2026-cı ilədək qüvvədə olacaq və Gürcüstan sənədə əsasən hər il 500 milyon kub metrədək qaz əldə edəcək:
 
"Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi siyasi əhəmiyyəti də kəsb edir. Əgər indiyədək Gürcüstan yalnız regional əhəmiyyətli qaz tranziti ölkəsi idisə, Azərbaycan qazının Türkiyəyə, Rusiya qazının isə Ermənistana çatdırılmasını həyata keçirirdisə, artıq indi ölkə beynəlxalq miqyaslı oyunçuya çevrilib. Bundan sonra ölkə ərazisi vasitəsilə nəql olunan qaz beynəlxalq, əsasən də Avropa Birliyinin energetika bazarlarının diversifikasiyasında və tədarüklərin təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol