• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli film hazırlanıb

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli film hazırlanıb
31.12.2020 18:02
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Azərbaycan Televiziyası tamaşaçılara yeni sənədli film təqdim edəcək.
 
"Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli filmdə dünya azərbaycanlılarının həmrəyliyi fəlsəfəsinin 44 günlük müharibə dövründə, Azərbaycan xalqının zəfərində böyük yer aldığı faktlarla təsdiq edilir.

Film boyu baş qəhrəman sanki bu bayramın yarandığı dövrlərə gedir, 1989-cu ilə qədər sovet Azərbaycanındakı  diaspor hərəkatının tarixçəsinə baş vurur və həmin ildə Naxçıvanda başlayan Sərhəd hərəkatından danışır. Daha sonra o, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis olunmasını bəyan edir.
Filmdə Naxçıvanda Sərhəd hərəkatı dövründə çəkilən və indiyədək efirə getməyən tarixi xronikalar yer alıb.
 
Ssenari müəllifi İlqar Fəhmi, rejissoru Ramil Ağasıyev, aparıcısı Ziya Ağa, operatorlar Tariyel Hacızadə, Fahir Səmədoğlu, montaj rejissoru Rasim Ramazanov, assistent isə Mirzə Əliyev olan film bu gün saat 20:45-də AzTV-də yayımlanacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol