Azərbaycanda mina partlayışları zamanı 6 nəfər ölüb, 8 nəfər yaralanıb

Yola saldığımız 2020-ci il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 m² (762 ha) ərazi yoxlanılmış, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 m² (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























