• $
  • €
  • ₽
  • ₺
  • £

“Dil polisi” yaradıla bilər

“Dil polisi” yaradıla bilər
11.06.2014 20:00
Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə “Dil polisi”nin yaradılması təklif olunub.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, dünyanın bir sıra inkişaf etmiş ölkələrində artıq “Dil polisi” fəaliyyət göstərir:“Bu baxımdan hesab edirəm ki, hər bir sahənin polisi olduğu kimi, Azərbaycan dilinin də ciddi nəzarətçisi olmalıdır. Nümunə olaraq deyə bilərəm ki, Kanada vilayətlərin birində “Dil polisi” fəaliyyət göstərir və bu bölgədə əksəriyyəti fransızlar təşkil edir. Kanadanın rəsmi dili ingilis dili olmasına baxmayaraq, “Dil polisi” tərəfindən vilayətdə fransızcanın yerini sıxışdıran və bu dilin işlənməsinə mane ola bilən heç bir şeyə yol verilmir”.S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanda bəzi reklam lövhələrinin xarici dildə olması yolverilməzdir. Reklam lövhələrində Azərbaycanın dil qanununun pozulduğunu vurğulayan millət vəkili bununla bağlı aidiyyatı orqanlara müraciət edildiyini və bir neçə xarici şirkətə qarşı məhkəmə iddiası qaldırıldığını qeyd edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol