TQDK xəbərdarlıq etdi

TQDK Facebook istifadəçilərinə xəbərdarlıq edib. ANS PRESS-in TQDK-ya istinadən verdiyi məlumata görə, xəbardarlıqda bildirilib ki, Facebook-da TQDK adınnan təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir: "Əziz dostlar! Apardığımız araşdırmalar göstərir ki, facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir və həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəsliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir.Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz. Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:1. TQDK sualları2. TQDK tipli suallar3. TQDK və magistratura4. Araz, Zirvə, Hədəf və TQDK sualları5.Test tapşırıqları-TQDK6.Təhsil TQDK7. TQDK və abituriyent8. TQDK kitabları9. TQDK tarix10.Məntiq və TQDK11. TQDK Azərbaycan12. TQDK 2014 və 201513. TQDK-Bilik qiymətləndirilir".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























