• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?
11.06.2014 15:36
“Azərbaycanın qərb rayonlarında ötən gecə müşahidə olunan hava şəraiti gözlənilən idi”.Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, iyunun 7-də həm proqnozlarda, həm də xəbərdarlıqda bu barədə məlumat verilib: “Proqnozda iyunun 9-u və 10-da dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi, qərb küləyinin güclənəcəyi göstərilmişdi. Növbəti xəbərdarlıq dünən, iyunun 10-da verilib və bildirilib ki, ölkə ərazisində qeyri-sabit sabit hava şəraiti iyunun 14-dək davam edəcək. Bu müddət ərzində fasilələrlə, xüsusən respublikanın dağlıq və dağətəyi rayonlarında leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Əvvəlcə cənub-qərb küləyi güclənəcək, iyunun 13-də qərb, şimal-qərb küləyinin daha da güclənməsi proqnozlaşdırılır. İyunun 13-də Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Bununla bağlı paytaxtda havanın temperaturunun aşağı enməsi müşahidə olunacaq. Ötən günlərdə havanın temperaturu 32-33 dərəcə isti idisə, iyunun 13-də 22-26 dərəcə isti olacaq”. U.Tağıyeva qeyd edib ki, iyunun 14-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, əsasən gecə və axşam saatlarında yağışlı olacağı, şimal və qərb rayonlarında, dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı gözlənilir. Güclü şimal küləyinin əsəcəyi ehtimalı var. Daha güclü külək iyunun 13-də xüsusən Abşeron yarımadasında hiss olunacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol