Ramil Usubov DYPİ komandirini işdən çıxardı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri, polkovnik Nadir Piriyev tutuduğu vəzifədən azad edilib. Bu barədə Daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Piriyev yaş həddi ilə bağlı olaraq təqaüdə göndərilib.Bəzi KİV-lərdə onun korrupsiya qalmaqalına görə işdən çıxarılması barədə yayılan informasiyaların isə əsası yoxdur.Qeyd edək ki, Bakı şəhər DYP-də faktiki olaraq ikinci şəxs olan Piriyevin işdən çıxarılmasının səbəbi son korrupsiya qalmaqalları göstərilib. Belə ki, bu qalmaqallarda yol polisi əməkdaşlarının da adı hallanıb.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























