• $
  • €
  • ₽
  • ₺
  • £

28 əsgərini ölümdən xilas edən şəhid mayor - VİDEO

28 əsgərini ölümdən xilas edən şəhid mayor - VİDEO
05.01.2021 17:47
Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində şəhid olan hərbçilərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında ölümündən sonra "Vətən uğrunda" medalı və " 3-cü dərəcəli Vətənə xidmət ordeni" ilə təltif edilmiş mayor Mürsəliyev Sübhi Balamirzə oğlu da var.


Anews.az "report”a istinadla xəbər verir ki, S.Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirən Sübhi 1997-ci ildə Bakı Dövlət Univeristetinin Sosial elmlər və psixologiya fakültəsinin İqtisadi nəzəriyyə ixtisasına qəbul olub.


Uşaqlıqdan hərbi sahəyə olan marağı, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunması fikri onu daim düşündürb. Elə buna görə də ali məktəbi bitirdikdən sonra hərbi xidmətə zabit kimi yollanır. Elə ilk günlərdən düşmənlə üz-üzə mübarizə aparır. Hərbi xidməti boyunca daim cəbhə bölgələrində xidmət aparır. Göstərdiyi şücaətlərinə görə həmişə hərbi hissə komandirlərinin rəğbətini qazanır, savadlı, uzaqgörən zabit kimi önə çəkilir, onların diqqət mərkəzində olur. Nəticədə tez bir zamanda tağım komandirliyindən batareya komandirliyinə yüksəlir.


Hərbi xidmət dövründə cəbhənin Tərtər, Ağdam, Tovuz bölgələrində olur. 2016-cı il Aprel döyüşlərində Talış kəndi uğrunda gedən döyüşlərdə fəallıq göstərir. Müxtəlif medallar və fəxri fərmanla təltif edilir.


Sentyabrın 27-də başlanan Vətən müharibəsində tabeliyində olan hərbi bölmələrlə düşmənin qorxulu röyasına çevrilib. Sentyabrın 30-da gedən gərgin döyüşlərin birində 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub. Zabit və əsgərlərinin dediyinə görə, ölümün gözünə mərd baxan komandir daim əsgərlərini düşünər, onların qayğısına qalarmış.


Ailəli idi, 2 oğlu, bir qızı yadigar qalıb.


S.Mürsəliyev İsmayıllı rayonunda dəfn olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol