• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda çimərlik faciəsi: 3 oğlan dənizdə batdı

Bakıda çimərlik faciəsi: 3 oğlan dənizdə batdı
11.06.2014 14:07
Son günlər çimərliklərdə ölüm hadisələrinin sayı artıb 
Daha 3 nəfər suda bataraq ölüb. ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 12 yaşlı Namiq Nemət oğlu Nəzərov Bakının Xəzər rayonu hissəsində, nəzarət olunmayan ərazidə batıb. N.Nəzərovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
 
28 yaşlı Elmar Davud oğlu Davudov isə Mərdəkan qəsəbəsi istiqamətində, Mil-Qaya adlanan nəzarət olunmayan ərazidə batıb. Hadisə yerinə dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Axtarışlardan sonra E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 metr məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
Bundan başqa bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1997-сü il təvəllüdlü İlham İmran oğlu Hüseynovun Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində  (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. E.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol