• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə körpə ölü doğuldu, həkim məhkəməlik oldu

Bərdədə körpə ölü doğuldu, həkim məhkəməlik oldu
06.01.2021 23:30
19 may 2020-ci il tarixdə Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda)  maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.


Bu barədə Bərdə Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir.


İstintaqla Bərdə Doğum Evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini Rufanə Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində Rufanə Mustafayevanın ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.


Toplanmış sübutlara əsasən, Tahirə Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol