• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-də kadr dəyişikliyi olub

İTV-də kadr dəyişikliyi olub
06.01.2021 19:07
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının onlayn formatda iclası keçirilib.

Qurumdan Anews.az-a verilən məlumata görə, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

Yayım Şurasının qərarı ilə Dadaşov Əfsər Əziz oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Doluxanov Fikrət Elxan oğlu isə İnformasiya Departamentinin direktoru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, iqtisad elmləri namizədi olan Əfsər Dadaşov bundan əvvəl Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb. Fikrət Doluxanov isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin böyük mütəxəssisi olub.

Baş Direktor Balakişi Qasımovun yeni əmrlərinə əsasən, Vəliyev Əliəsgər Vəli oğlu və Seyidov Mehmandar Ənvər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparat rəhbərinin müavinləri təyin ediliblər.

Əliəsgər Vəliyev yeni təyinata qədər Şirkətin İnformasiya departamentinin direktoru, Mehmandar Seyidov isə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Qurumun məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr təyinatı və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol