• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ müharibəsinin 19 yaşlı qazisinə dəstək olaq! - FOTO

Qarabağ müharibəsinin 19 yaşlı qazisinə dəstək olaq! - FOTO
07.01.2021 10:54
Vətən müharibəsinin qəhrəman oğullarından biri də 19 yaşlı qazimiz Şabandır.
 
Mabudlu Şaban Baloğlan oğlu 7 yanvar 2002-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. O, 2009-cu ildə Xaçmaz kənd Vüqar İbrahimov adına 2 nömrəli orta məkəbin 1-ci sinfinə daxil olub. Məktəbi uğurla bitirdikdən sonra o, 2020-ci ilin yanvar ayının 14-də hərbi xidmətə yollanıb. Müharibə başladıqda Şaban hərbi xidmətdə olub.
 
Gedən döyüşlərdə qəhrəmancasına vuruşan Şaban Fizuli, Cəbrayıl və Xocavənddə düşmənə qarşı bir sıra uğurlu əməliyyatlarda iştirak edib. 27 oktyabrda Xocavənd uğrunda gedən gərgin döyüşlərin birində düşmənin atdığı mərmi nəticəsində qəlpə yarası alıb və sol çiyninin körpücük sümüyü sınıb. Bədəni çox ağır formada yandığı üçün hələlik çiyni üçün müalicə edilmir. Yanıq üçün dəfələrlə əməliyyat edilsə də, tam sağalması üçün yenə əməliyyatlara ehtiyac var. Hazırda Mərkəzi Hərbi Klinik Hospitalda (Papanin) müalicəsi davam etdirilir.
 
Qeyd edək ki, Ş.Məbudlu 2 bacının bir qardaşıdır. Qazimizə dəstək olmaq istəyənlər aşağıdakı bank hesabı vasitəsi ilə köməklik edə bilərlər. Kapital Bank:
 
4169 7413 5399 0318 Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol