• $
  • €
  • ₽
  • ₺
  • £

Gecə intihar edən Vüsal ilk maaşını almadan döyüşə getmişdi...

Gecə intihar edən Vüsal ilk maaşını almadan döyüşə getmişdi...
07.01.2021 11:11
Vətən Müharibəsində ağır kəllə-beyin travması xəsarəti alaraq yaddaşını itirən qazi Vüsal Musayev hazırda Goranboy rayonunda dəfn edilir.


Anews.az-ın verdiyi xəbərə görə, 8 yaşından Kəlbəcər rayonunun Zəyli kəndindən köçkün düşən V.Musayev və ailəsi Goranboyun ucqar Börü kəndində yaşayıblar.


Yaxınlarının sözlərinə görə, ötən ilin iyul ayında erməni təxribatı nəticəsində general Polad Həşimov şəhid olduqdan sonra hadisə V.Musayevə psixoloji olaraq ağır təsir edib. Daim özünü məcburi köçkünlük xatirələrini danışaraq bunun qisasını alacağını deyirmiş. Sonda orduya könüllü yazılaraq müddətdən artıq hərbi xidmətçi olmağa qərar verib. Elə yayda da bunun üçün kursa yazılıb və MAXE kursunu bitirəndən bir neçə gün sonra təlimlərə cəlb edilib. Hərbçi kimi ilk maaşını almadan, sentyabrın 27-dən döyüşlərdə iştirak edib.


Hərbi xidmət dövründə Ağdam rayonunun cəbhə zonasında qulluq etdiyi üçün döyüşlərdə həmlə taborunda BTR-lə iştirak edib. İlk 3 gün doğma Kəlbəcəri uğrunda döyüşüb, sentyabrın 30-da isə Talış kəndində göndərilib. Talış uğrunda döyüşlər zamanı BTR-nin yanında əmr gözləyərkən düşmən minamyotla Vüsal Musayevin hərbi maşınını vurub. Mərminin dalğası Vüsalı bir neçə metr aralıya tullayıb və ayağında qəlpə xəsarətləri alıb. Dalğanın nəticəsində ağır kəllə-beyin travması alan Vüsalda psixoloji problemlər üzə çıxıb.


Vüsal bədənində ağır xəsarətlər olmadığı üçün özünü günahkar bilir, döyüşdən qaçdığını zənn edirmiş. Buna görə də tez-tez yoldaşlarını qoyub gəldiyi üçün həbs ediləcəyindən qorxduğunu deyirmiş. İlk müalicəsindən sonra ona məzuniyyət verilib və evə buraxılıb. Dekabrın 3-də yaşadığı Börü kəndində 22 dərman içərək intihara cəhd edib. Onu dərhal xəstəxanaya çatdırandan sonra həkimlər mədəsini yuyaraq həyatını xilas ediblər. Bundan sonra yaxınları ilə söhbətdə həkimlərin onu öldürmək istədiyini deyirmiş. Vüsal tez-tez vəfat etmiş şəxslərlə söhbət etdiyini yaxınlarına deyərmiş.


O, döyüşə getdiyini və döyüşdüyünü xatırlamasa da, iki azyaşlı övladını və onların adını unutmayıb.


O, müalicə olunduğu hospitalın hamamında intihar edib. Yaşadıqları Börü kəndində qəbiristanlıq olmadığı üçün hazırda rayonun Veyisli kəndində dəfn edilir.


Qeyd edək ki, Vüsal Musayev döyüşlərdə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol