• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

Ötən il əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib
07.01.2021 19:30
2020-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən 11 344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Nazirlikdən verilən məlumata görə, onlardan 1648 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Həmin şəxslərə 1000-ə yaxın təkərli oturacaq, 1514 aşağı və yuxarı ətraf, habelə döş protezi, 1089 aşağı və yuxarı ətraf ortezi,11 560 müxtəlif reabilitasiya vasitəsi verilib. Həmçinin onlara 191 bel və boyun nahiyəsi üçün korset, 3402 cüt protez ayaqqabı, 3555 cüt ortopedik ayaqqabı,1314 dördayaqlı dayaq vasitəsi, 2921 qoltuqaltı və dirsəkaltı ağac, 2547 əsa və s. təqdim edilib.

 İl ərzində ölkəmizin müxtəlif bölgələri üzrə 1252 əlilliyi olan şəxsə, o cümlədən Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan 262 şəxsə ehtiyac duyduqları 7151 reabilitasiya vasitəsi yaşadıqları regionlara, bir qisminə isə evlərinə aparılaraq verilib.

Ümumilikdə, 2020-ci ildə mərkəz tərəfindən əlilliyi olan şəxslərə 35 minə yaxın reabilitasiya vasitəsi verilib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol