• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai iş yerləri DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək

İctimai iş yerləri DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək
07.01.2021 21:00
"2021-ci il üçün hədəfimiz özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayının artırılmasıdır və 16 min ailənin əhatə edilməsi planlaşdırılır”.


Anews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.


Nazirin sözlərinə görə, haqqıödənilən ictimai işlər proqramı icra olunur və yaradılan 38 min daimi iş yerindən 98 faizi işçilərlə təchiz edilib: "Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min iki aylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilib”.


S.Babayev qeyd edib ki, dövlət şirkətlərində yaradılan 26 min ictimai iş yerinin də DOST İş Mərkəzinə ötürülməsinə dair işlər icra olunur: "Bu ildən ictimai iş yerləri də DOST İş Mərkəzi vasitəsilə təmin ediləcək. Bütün bu proqramların şəffaflığının, ictimai açıqlığının təmin edilməsi üçün müvafiq elektron portal da yaradılıb. Həm özünüməşğulluq proqramı, həm də ictimai iş yerləri üzrə aktiv şəxs və ya işə cəlb edilən vətəndaşlar haqqında bütün məlumatlar ictimaiyyətə onlayn qaydada açıqlanır və hər kəsin istənilən məlumatı almaq imkanları var”.


"Bu il də pandemiya dövründə həssas təbəqədən olan insanlarımıza dəstək tədbirləri davamlı olaraq icra ediləcək. Həm sosial xidmət müəssisələrimizin, həm reabilitasiya mərkəzlərimizin şəbəkəsinin genişləndirilməsi ilə daha çox əhaliyə xidmət göstəriləcək. Məşğulluq proqramları ilk növbədə, prioritet əsasda həm işğaldan azad olunan ərazilərdə, həm də onlara yaxın regionlarda üstün şəkildə təmin ediləcək”- deyə nazir əlavə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol