• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı

Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
07.01.2021 13:52
"2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb. Hadisə baş verdiyi andan etibarən məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqət mərkəzində olub”.


Anews.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.


O xatırladıb ki, Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısında Ermənistanın baş naziri, həmçinin 2020-ci ilin fevral ayının 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində BQXK-nın prezidenti Peter Maurer ilə görüşləri zamanı Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirmişdir ki, gündəmdə olan "hamının-hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev azad edilənlərin arasında yer almalıdır: "Ermənistan hadisənin ilk günlərindən etibarən məsələyə humanitar mövqedən deyil, siyasi-hərbi aspektdən yanaşmış, separatçı Dağlıq Qarabağ rejiminin vasitəsi ilə məhkəmə şousu təşkil edilmiş, "Dövlət sərhədini pozma”, "casusluq” və s. kimi qondarma ittihamlarla 29 dekabr 2014-cü il tarixdə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrumetmə "cəzası” kəsilib.


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin humanitar atəşkəsə riayət olunması ilə bağlı 10 oktyabr 2020-ci il tarixli Moskva bəyannaməsindən, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidentinin və Ermənistan Respublikasının baş naziri 10 noyabr 2020-ci il tarixli Bəyanatından sonra BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı ilə keçirdiyi görüşlərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Əli Nağıyev Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini təxirəsalmadan müzakirə etmişdir. Komissiya sədri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi müqabilində konkret təklif irəli sürmüş və bu təklifin qarşı tərəfə çatdırılmasını BQXK-dan xahiş edib. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində işğalçı Ermənistan ordusu üzərində əldə edilmiş tarixi qələbə müqəddəs Vətən torpaqlarının azad edilməsi ilə yanaşı, 6 il yarım qeyri-qanuni girovluqda saxlanılmış soydaşlarımız - Dilqəm Əsgərov və Şahbaz Quliyevin də azadlığa qovuşmasına imkan yaradıb”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol