• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı

Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
07.01.2021 19:23
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.

AQTA-dan Anews.az-a verilən məlumata görə, təşkilatın 30 dekabr 2020-ci il və 4 yanvar 2021-ci il tarixli rəsmi məlumatları nəzərə alınaraq, Bolqarıstanın Blaqoyevqrad vilayətindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyətin tətbiq olunması ilə bağlı AQTA tərəfindən 5 yanvar 2021-ci il tarixində müvafiq qərar qəbul edilib.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol