Mingəçevirdə Aprel şəhidlərinə tikilən mənzillər başa çatdı

Ötən ilin iyul ayında Birinci vitse-prezident Mehriban Əliyeva mingəçevirli Aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıgöstəriş verdi.
Gülnarə Qasımova bildirdi ki, üç övladından ikisinin Aprel döyüşlərində iştirak etməsi ilə qürur duyur: "Teymurun qismətinə şəhidlik yazılıbmış. Teymur apreldə doğulmuşdu,apreldə də şəhid oldu. Bu günlərdə onun ad gününü yeni mənzilimizdə qeyd etdik. Biz şəhid ailələrinə diqqət və qayğıya görə ölkə rəhbərliyinə, Birinci vitse–prezident Mehriban xanım Əliyevaya, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edirik ki,pandemiyanın tüğyan etdiyi bir vaxtda və ölkəmizdə erməni təcavüzünəqarşı müharibənin qızğın vaxtında da olsa, bizim mənzillərin tikintisi dayanmadı və 3 otaqlı, hər cür şəraitlə təmin olunmuş mənzil bizim ixtiyarımıza verildi.Ailəmiz adından əməyi keçən hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm”.
www.anews.az
Mingəçevirdə dörd Aprel şəhid ailəsindən iki ailə Gəncə şəhərində mənzillə təmin olundu, digər iki ailənin torpaq sahəsi olduğu üçün Mingəçevir şəhərində həmin torpaq sahəsində olan yararsız mənzilləri sökülərək, yeni 3 otaqlı geniş mənzil tikilib istifadəyə verildi.
"Mingəçevirli Aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova dedi. Onun sözlərinə görə, bundan əvvəl yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























