Ermənilərlə azərbaycanlıların birgəyaşayışı necə mümkündür?

STM-in həyata keçirdiyi "10 noyabr razılaşmasına ictimai münasibət" sorğusunda əhalinin mühüm bir hissəsi (66.2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4% isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür.
Müharibə bitdi, indi nə etmək lazımdır?
Dağlıq Qarabağ məsələsində hazırda ən böyük problem özünəinam yaratmaqdır. Aydındır ki, bu vəziyyətdə uğurlu bir sülh quruculuğu prosesi üçün münasibətləri necə bərpa edəcəyimizi tapmaq lazımdır.
Bunun üçün təklif edilir ki, bütün hallarda hərbi qarşıdurma rədd edilməli, tormozlama siyasətindən imtina edilməli və həm də xallqların yaxınlaşma prosesini stimullaşdırmaq üçün lazımi inam təmin edilə bilər.
Bu, tədricən Ermənistanla Azərbaycan arasında iqtisadi münasibətləri və sivil təmasları bərpa edəcək.
Hətta daha öncə praktiki sübut kimi Cənubi Qafqazda ilk addım 1999-cu ildə Yuqoslaviyaya müdaxilədən sonra AB-nin imzaladığı Cənubi Şərqi Avropa üçün Sabitlik Paktı kimi beynəlxalq dəstəklə nəqliyyat infrastrukturunun (avtomobil yolları, dəmir yolları və hava əlaqələri) yenidən qurulması olacaq. Təcrübədə sərhədlərarası pərakəndə satış nöqtələri fəaliyyətə başlayır.
Əla, bəs yenə də problem qalır axı...
Dağlıq Qarabağda erməni terrorçularının cəmləşməsi, sülhməramlı rus ordusu tərəfindən görməzdən gəlinməsi, qondarma DQ rejiminin optimallaşdırılması yeni nifrət və savaş səbəbi doğurmaqdadır.
Bu, Fransa - Almaniya, Rusiya - Fransa, ABŞ- Yaponiya münasibətləri kimi deyil ki...
Digər məsələ:
Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədin açılması İrəvanla Bakı arasında yaxınlaşmaya da kömək olardı. Türkiyə 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağa aid olmayan ərazilərin işğalına cavab olaraq Ermənistanla sərhədini bağladı. İndi bu addım bütün regional sərhədlərin açılması üçün təşviq ola bilər, o cümlədən Türkiyədən Ermənistana və Ermənistandan Azərbaycana keçən nəqliyyat marşrutlarının açılması. Son müharibə bitdikdən sonra Türkiyə Ermənistanla sərhədlərini açmağa prinsipcə hazır olduğunu bildirdi.
Əla yanaşmadır, amma bir şərtlə...
1915 -ci il saxta soyqırımı iddiaları birdəfəlik bitməlidir.
Müəllif burda bizə Triest müqaviləsini misal göstərir.
İtaliya - Sloveniya münasibətlərini - Triestdəki istifadə edilən dövlət dilinin italiyan və sloven dili olmasını misal çəkirlər. Amma əlbəttə, Azərbaycan multikultural ölkədir, ermənicə ibtidai təhsili qadağan etmir, lakin ermənilərin separatçı baxışları buna mane olur.
Digər bir problem: qaçqınların və məcburi köçkünlərin geri qaytarılması. Digər bir qrup problem isə Dağlıq Qarabağdan çıxan azərbaycanlılardır. Onların qaytarılması mövcud erməni mühitinin qəbul etməsi baxımından ən problemli məsələdir.
✔İrlandiyada - danışıqlar münaqişə iştirakçıları tərəfindən deyil, Amerika siyasətçilərinin iştirakı ilə London və Dublin tərəfindən başladıldı. Tədricən diplomatik inkişaf üçün ətraflı bir plan hazırlandı uzlaşmağa başladılar.
Bir fərq var ki, divar bizim tərəfdən yıxılır, onlar tərəfdən isə həmin divarlar boyunca "xəndəklər" inşa edilir.
Əziz Əlibəyli
Sosial Tətqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























