• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qazı artıq Yunanıstan ərazisindədir

Azərbaycan qazı artıq Yunanıstan ərazisindədir
08.01.2021 11:11
Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan Azərbaycanın təbii qazını qəbul etməyə başladı.


Bu barədə ölkənin milli təbii qaz şirkəti DEPA-nın direktoru Konstantinos Xifaras mətbuata açıqlama verib.


O bildirib ki, Azərbaycandan Yunanıstana təbii qazın verilməsinə başlanılması yeni dönüş nöqtəsidir.


Bundan əvvəl, Bolqarıstanın Baş naziri Boyko Borisov bir milyard kubmetrdən çox Azərbaycan qazının artıq Bolqarıstan ərazisinə daxil olduğu barədə məlumat vermişdi.


B.Borisov bununla da gələcəkdə Bolqarıstanın qaz tədarükü ilə bağlı problemlərinin yaranmayacağını və Azərbaycan qazının ölkəyə nəql edilməsi ilə birgə təbii qaz şaxələndirilməsinə nail olunacağını əlavə etmişdi.


Qeyd edək ki, Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək.


TAP-ın ümumi layihə dəyəri 4,5 milyard avro həcmindədir. Layihədə BP 20 faiz, SOCAR 20 faiz, "Snam S.p.A” 20 faiz, "Fluxys” 19 faiz, "Enagas” 16 faiz və "Axpo” 5 faiz paya sahibdirlər. 2020-ci ilin sonunda artıq TAP Avropaya qaz nəqlinə start verdi və bununla da Bolqarıstanın qaz tələbatının 30 faizi, Yunanistanın qaz tələbatının 20 faizi və İtaliyanın qaza olan tələbatının təxminən 10 faizi təmin ediləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol