• $
  • €
  • ₽
  • ₺
  • £

3 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - FOTO

3 aydır ki, ailəsi Aydından xəbər ala bilmir... - FOTO
08.01.2021 11:41
25 yaşlı Aydın Feyzullayev də Vətən müharibəsində itkin düşənlərdən biridir. Bu barədə "Qafqazinfo”ya qəhrəmanın atası Zakir Feyzullayev məlumat verib.

Onun sözlərinə görə, oğlu sentyabrda Suraxanı Səfərbərlik Xidməti tərəfindən təlimlərə çağırılıb. Döyüşlər başlananda onları Horadizə aparıblar. Müharibənin ilk günləri ailəsiylə əlaqə saxlasa da, oktyabrın 1-dən ondan xəbər ala bilmirlər:

"Sentyabrın 27-dən hər gün mənimlə danışıb. Sonuncu dəfə sentyabrın 30-u səhər saat 10-a işləmiş zəng eləmişdi. Dedi ki, "ata hücuma keçirik, amma buradan sağ-salamat gəlmək çətin məsələdir”. O gedən getdi və o vaxtdan əlaqə saxlaya bilmədik. Oktyabrın 1-dən telefonuna zəng çatmadı”. 

Z. Feyzullayev deyir ki, oktyabrın 14-ü oğlunun dalınca Füzuliyə gedib, xidmət etdiyi hərbi hissəni, döyüşçü yoldaşlarını tapıb: 

"Döyüşçü yoldaşları dedilər ki, ermənilərlə 30-40 metr məsafədə 500-600 əsgər üzbəüz vuruşub. Aydın da yanlarında olub, sonradan ətrafa baxıblar ki, Aydın yoxdur. Hara yox olub bilinmir. Deyilənə görə həmin gün, həmin yerdə şəhidimiz olub. Danışdığım uşaqlar qayıdıblar, oğlum isə itkin düşüb. Həmin ərazilər azad ediləndən sonra döyüşçü yoldaşları şəhidlərimizin nəşini ərazidən çıxarıblar. 3-4 nəfər dostu bütün ərazini axtarıb, qamışlığa qədər baxıblar, Aydının nə ölüsünü, nə də dirisini tapa bilməyiblər”. 

Z. Feyzullayev deyir ki, Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa, Səfərbərlik xidmətinə, Dövlət Təhlükəsizlik Xidmətinə oğlu ilə bağlı müraciət etsə də, ondan heç bir xəbər ala bilməyib. Əsgər atasına oğlunun əsir düşmə ehtimalının da olmadığı bildirilib. 

Qeyd edək ki, Müdafiə Nazirliyi hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol