• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE

Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
08.01.2021 15:46
Prezident İlham Əliyevin sərəncamı ilə Nərgiz Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Anews.az xəbər verir ki, Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra o, 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə yiyələnib. 1997-1999-cu illərdə isə Nərgiz Qurbanova Qərb Universitetinin "Beynəlxalq menecment" ixtisası üzrə magistr təhsili alıb.

O, həmçinin 1997-ci ildə Fransanın Nitsa Universitetində "Beynəlxalq hüququ" ixtisası üzrə, 2000-ci ildə isə İsveçin Yonçopinq Beynəlxalq Biznes Məktəbində "Beynəlxalq biznes" ixtisası üzrə təhsil alıb. 2009-cu ildə Avstriyanın Vyana Universitetindən fəlsəfə elmləri doktoru dərəcəsi alıb.


Nərgiz Qurbanova 2001-2010-cu illərdə Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışıb.


O, həmçinin 2004-2007-ci illərdə Azərbaycanın Avstriyadakı Səfirliyinə, 2010-2013-cü illərdə isə Azərbaycanın Birləşmiş Ştatlardakı Səfirliyinə ezam olunub.


Nərgiz Qurbanova, Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.


Ailəlidir, bir oğlu var. Azərbaycan, ingilis, fransız və rus dillərini bilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol