İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara - XƏBƏRDARLIQ

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların təsdiq edilmiş qaydalara daha ciddi əməl etmələri, ictimai iaşə obyektində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi və interaktiv məlumat mübadiləsi üçün ictimai iaşə obyektlərinə nəzarət üzrə məsul şəxs təyin etməli və həmin şəxs haqqında müvafiq məlumatları Agentliyə təqdim etməlidirlər.
Bildirilib ki, epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək. Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























