• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər imtahanlarının cavabını üç günə biləcək

Müəllimlər imtahanlarının cavabını üç günə biləcək
11.06.2014 01:17
Bu gün müəllimlər arasında keçirilən sınaq imtahanına məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər qatılmayıblar.
Bu barədə virtualaz.org saytına Təhsil Nazirliyindən məlumat veriblər.
Nazirlikdən deyiblər ki, keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Yəni attestasiyadan aşağı qiymət almış şəxslər təhsil sistemindən kənarlaşdırılacağı təqdirdə sınaq qiymətləndirilməsindən sonra heç kim işdən çıxarılmayacaq.
Amma bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçiriləcək. Sınaq qiymətləndirilməsində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvi stmullaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olub. Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq. Üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərin bu prosesdə iştirakını təmin etmək üçün yaxın zamanlarda onların sınaq qiymətləndirməsində iştirakı üçün şərait yaradılacaq. Nəticələr qiymətləndirmədən 3 gün sonra Bakı Şəhər Təhsil İdarəsi  tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol