• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
09.01.2021 12:24
Saatlı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Səidə Şahpələngovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz hərəkətlərə yol verməsi, dövlət əmlakını mənimsəməsi, həkim və tibb işçilərinə işə gəlmədikləri halda əməkhaqqı verməsi faktları üzrə Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Bununla bağlı Saatlı Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla, Səidə Şahpələngovanın Fətəlikənd kənd sahə xəstəxanasının sabiq baş həkimi Cəməsəddin Əhmədov, həmin xəstəxanada həkim stomatoloq vəzifəsinə işə qəbul olunmuş oğlu Fuad Nəbiyev və baş həkim Səidə Cəlilova ilə xeyli miqdarda pul vəsaitini mənimsənilməsinə dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq, Cəməsəddin Əhmədov və Səidə Cəlilovaya qanunsuz göstəriş verməklə tərtib olunmuş davamiyyət tabellərində Fuad Nəbiyevə əməkhaqqı hesablanmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə, vəzifə saxtakarlığı edərək, 13 min 706 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Saatlı rayonu Qara Nuru kənd Həkim məntəqəsinin sabiq müdiri İbrahiməjdər Hüseynovun tibb bacısı Aytac Əhədova tərəfindən faktiki olaraq görülməyən işlərə görə qanunsuz olaraq əməkhaqqı köçürülməsi yolu ilə 2 min 646 manat məbləğdə pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edərək, mənimsəməsinə, Səidə Şahpələngovanın isə belə nəticənin baş verə biləcəyi imkanını görməyərək, səhlənkarlıq etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Səidə Şahpələngovaya Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq), Cəməsəddin Əhmədov, Səidə Cəlilova və İbrahiməjdər Hüseynova isə CM-nin 308.1 və 313-cü maddələri ilə ittiham elan edilərək, cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Törədilmiş cinayətlər nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təmin edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol