Şurnux kəndində tövlənin yarısı Azəbaycan, yarısı Ermənistan ərazisində qalıb - FOTO

Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə həmsərhəd bölgədə yerləşən Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüdüyü üçün bir-neçə gün əvvəl ordumuz tərəfindn nəzarətə götürülüb.
Dünən Ermənistanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Arman Tatoyan Şurnux kəndinə gələrək kənd sakinlərilə görüşüb.
Görüşdən sonra təmsil etdiyi qurumun rəsmi "Facebook” səhifəsində yazıb ki, kənd sakini Styopa Movsesyana məxsus olan tövlənin yarısı Azərbaycan ərazisinə, yarısı isə Ermənistan ərazisinə düşüb.
Arman Tatoyanın paylaşdığı fotolardan belə görünür ki, üzərində "Azərbaycan Respublikası Qubadlı rayonunu Şurnux kəndi” yazılan lövhə Styopa Movsesyanın evinin qarşısında yerləşdirilib. (yeniavaz)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























