• $
  • €
  • ₽
  • ₺
  • £

3 videomüraciəti yayılan qazi: “Üzrxahlığı təzyiq altında etmişəm” - VİDEO

3 videomüraciəti yayılan qazi: “Üzrxahlığı təzyiq altında etmişəm” - VİDEO
09.01.2021 15:23
Vətən müharibəsində könüllü olaraq iştirak edən Mürsəl Mürsəlov bir neçə gün öncə sosial şəbəkədə video paylaşaraq haqsızlığa məruz qaldığını, təltif olunmadığını, unudulduğunu bildirmişdi. Daha sonra o, yenidən video paylaşaraq əslində heç bir döyüşdə iştirak etmədiyini, arxa cəbhədə müdafiə və mühafizədə iştirak etdiyini qeyd edərək, dövlət başçısı və Müdafiə Nazirliyinin rəhbərliyindən üzr istədi. Dünən isə Mürsəl Mürsəlov daha bir video yayımlayaraq, ölkə başçısına müraciət edib. O, ötən gün üzr istəməyi ilə bağlı olan videonu təzyiq altında çəkdiyini bildirib.
  
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Mürsəl Mürsəlov bildirdi ki, videodan sonra mənə hədə-qorxu gəldilər ki, səni tutduracağıq: "İlk başlarda çox ciddi qəbul etmədim, sonra eşitdim ki, deyirlər aparın bunu 3-4 gün salın içəri ağlı başına gəlsin. O təzyiqdən sonra bildirdim ki, bir şərtlə razıyam video çəkməyə, o da hərbi biletlərimizə "peçat” vurulacaq və siz nə desəniz onu deyəcəm. Razılaşdıq. Amma çəkiliş olandan sonra dedilər ki, bir tək sənin hərbi biletinə "peçat” vurulacaq, digərlərinə yox. Dedim ki, bəs mənimlə birlikdə olanlar necə olacaq? Dedilər tək sənin hərbi biletinə yazılacaq, bununla da mən razılaşmadım. Onlar da biz artıq çəkilişi yayımlayacağıq dedilər. Mən də dünən video çəkdim ki, vəziyyət belədir, həqiqətən dəftərdən oxumuşam. Biz Vətən müharibəsinə getmişik. Fərqi yoxdur orda nə etmisən, nə etməmisən əsas odur müharibə iştirakçısısan. Özüm ehtiyyatda olan hərbçiyəm, snayperçi olmuşam və ailəmi tək qoyub könüllü olaraq müharibəyə getmişəm. 

Birinci videonu çəkməmişdən əvvəl biz ilk öncə qanunla hərəkət etdik, Müdafiə Nazirliyinə getdik, onlar bizi Prezident Aparatına göndərdilər. Daha sonra hərbi hissədən bir mayor zəng etdi ki, probleminiz nədir. Biz məsələni izah etdik. Kobud danışdı bizimlə dedi ki, siz hansı qızğın döyüşlərdə iştirak etmisiniz ki, hələ bir hərbi biletdə də yazılsın.  Qeyd etdim ki, cənab mayor, mən könüllü getmişəm və siz korpusda sənəd yazanda mən qarın, soyuğun içərisində Vətən müharibəsində iştirak etmişəm. Təsəvvür edin dəyişmək üçün corab olmurdu, onun suyunu sıxıb yenidən istifadə edirdik. Çünki biz olduğumuz yerə təminat gəlmirdi. Bu əziyyətlərlə biz xalqımızı, Vətənimizi qorumuşuq. Mayor deedi ki, məsələyə baxılacaq. Ondan sonra neçə dəfə zəng etdik, telefona cavab vermədi. Yenidən Müdafiə Nazirliyinə müraciət etdik, dedilər məsələyə baxılacaq. Hələ də baxılmayıb. Bizim kimi hərbi biletinə "peçat” vurulmayan çoxdur. Hətta bizim tərkibdə olan 24 nəfərdən birinə yazılıb ki, Şuşa "Daşaltı” əməliyyatında olub, amma digərlərində yazılmayıb. Onun səbəbini soruşanda dedilər ki, səhvən yazılıb. O səhvi də düzəltmək mümkün deyil”.

M.Mürsəlov onu da qeyd etdi ki, ən son çıxdıqları hərbi hissə də hərbi biletdə qeyd olunmayıb: "Noyabr ayının 6-da biz N saylı hərbi hissədən çıxdıq, Şuşaya doğru getdik. Hərbi biletimizdə isə ən son çıxdığımız hərbi hissə qeyd olunmayıb, bilmirəm səbəbi nədir. Hətta bizi 052-nin tərkibində olan F dəstəsinə vermişdilər. Qeyd etdilər ki, hərbi biletdə bu formada yazılacaq. Biz Şuşa əməliyyatına gedəndə, müəyyən yerə çatmışdıq ki, bizi geri qaytardılar.  Hətta orada dəmir yeşiklər də daşımışam, eləsi var idi ki, çəkisi 140 kq idi. Hal-hazırda bel fəqərələrimdə sürüşmələr var və belimdə yırtıq əmələ gəlib, ayaq üstdə də dayana bilmirəm. 

Deyək ki, qızğın döyüşlərə iştirak etməmişik, amma əynimizdə qoruyucu jilet olub, silahla tam təchiz olunmuşuq. Kəlbəcəri biz sülhlə aldıq, oraya girəndə əsgərin ayağı sürüşüb minanın yanına düşdü. İki uşaq atası idi, həmin vaxt çox qorxdu. İndi belə çıxır ki, o şəhid olsaydı ona şəhidlik statusu verilməyəcəkdi? Mənə heç bir medal lazım deyil. Sadəcə hərbi biletimizdə qeyd edilsin ki, Vətən mühariəsində iştirak ediblər. Və ən son bu hərbi hissədən çıxıblar”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol