• $
  • €
  • ₽
  • ₺
  • £

Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq

Aran rayonlarının əhalisi pulsuz müayinə olunacaq
10.06.2014 19:38

Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri Azərbaycanın regionlarında yaşayan əhaliyə pulsuz tibbi yardım göstərəcək. 

Trend-in məlumatına görə, bunu Mərkəzin baş həkimi Rauf Ağayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

R.Ağayev deyib ki, RDM regionlarda fəaliyyət göstərən tibb müəssisələri ilə daim əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində dəfələrlə yerlərdə əhaliyə konsultativ və müalicə-tibbi xidmət göstərilib.

Mərkəzin yüksək ixtisaslı mütəxəssisləri tibb işçilərinin peşə bayramı günü ərəfəsində - iyunun 14-də regional tibb ocaqları ilə əməkdaşlıq çərçivəsində Şirvan şəhərindəki Müalicə Diaqnostika Mərkəzinə ezam olunaraq yerli əhaliyə konsultativ tibbi xidmət göstərəcəklər. Şirvan və ətraf rayonlarda (Hacıqabul, Salyan, Sabirabad) yaşayan əhaliyə 7 tibb sahəsi üzrə xidmət göstəriləcək. Formalaşan tibbi briqadanın tərkibinə baş həkim daxil olmaqla, 7 mütəxəssis - ginekoloq, pediatr, otolarinqoloq, kardioloq, ürək-damar cərrahı, oftalmoloq, şüa diaqnostikası üzrə həkimlər daxildir.

Mütəxəssislərin regionlara ezam olunmasının məqsədi yalnız yerlərdə çalışan həkimlərlə əməkdaşlıq etmək, onlara metodik tövsiyələr vermək və vətəndaşlara lazımi yardım etməkdir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol