• $
  • €
  • ₽
  • ₺
  • £

8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb
11.01.2021 10:45
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan "YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar. 

SMS-si göndərdikdən sonra vətəndaşa ödənişin statusu ilə bağlı cavab gəlir.

 Uğurlu ödəniş edildikdə - Hörmətli abunəçi, siz "YAŞAT” Fonduna XX AZN uğurla ianə etdiniz. Qələbəni bizə yaşadanları birlikdə Yaşadaq! Digər xidmətlərdən rahatlıqla istifadə etmək üçün zəhmət olmasa balansınızı artırın.

Balansda kifayət qədər məbləğ olmadıqda – Hörmətli abunəçi, balansınızda kifayət qədər məbləğ yoxdur. "YAŞAT” Fonduna ianə etmək üçün balansınızı artırmağınızı xahiş edirik.

Sistemdə təkmilləşdirmə işləri aparıldıqda və ya problem olduqda – Hörmətli abunəçi, sistemdə təkmilləşdirmə isləri aparıldığından "YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Daha sonra təkrar yoxlamağınız xahiş olunur.

Düzgün ödəniş məbləği seçilmədikdə - Hörmətli abunəçi, göndərdiyiniz kod yanlışdır. "YAŞAT” Fonduna ianə etmək üçün 1, 3, 5, 10, 20, 50 məbləğlərdən birini seçməklə ödəniş edə bilərsiniz. 

Korporativ abunəçi olduqda – Hörmətli abunəçi, siz korporativ abonent olduğunuzdan "YAŞAT” Fonduna ödənişiniz həyata keçmədi. Fərdi abunə nömrəsindən istifadə etməyiniz tövsiyə olunur. 

Bununla yanaşı, "YAŞAT” Fonduna onlayn formatda "ASAN Ödəniş” vasitəsilə dəstək olmaq şəraiti yaradılıb. Bunun üçün vətəndaşlar asanpay.az portalında "Ən populyar ödənişlər” bölməsində ilk sırada olan "YAŞAT” Fondu bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər.
Həmçinin Fonda bank hesabları və ödəmə terminalları vasitəsilə də ianə etmək mümkündür.

Bank rekvizitləri ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:  http://vxsida.az/az/annouces/1493 


SMS ianə ilə bağlı daha ətraflı məlumat üçün təlimat videosu: https://youtu.be/YN4yCBXMY40 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol