• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı açıqlandı

Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı açıqlandı
11.01.2021 11:14
Azərbaycanda monitorinqin nəticələrinə görə 117 nəfər jurnalist koronavirusa yoluxub, 8 nəfər jurnalist həyatını itirib.


Anews.az xəbər verir ki, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan jurnalistlərinin 2020-ci il üzrə sosial durumlarına və media ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatında bildirilib.


Qeyd olunub ki, Azərbaycanda pandemiyanın KİV-in fəaliyyətinə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb: "Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərə maliyyə yardımının göstərilməsini davam etdirib. Ənənəvi yardım proqramının Fond tərəfindən il boyu tətbiq edilməsi media çalışanları, xüsusilə qəzet redaksiyaları üçün əlavə xilas rolu oynayıb.


Monitorinqlər göstərir ki, Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol